Baş Prokurorluqda media nümayəndələri və tələbələr üçün treninq keçirilib
Bu gün Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda treninq keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərin jurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak edib.
Bildirilib ki, informasiya texnologiyaların sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.
Treninq müxtəlif formatlarda – brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunaraq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib. Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş şəkildə müzakirə olunub.
Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı keçirilib. Qeyd olunub ki, kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılan məlumat verməsinə kömək məqsədi daşıyır.
Sosial media və media savadlılığı mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.
Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.
Oxşar xəbərlər
Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
MEDİA region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə konfrans keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
