DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib
sizinxeber.az xəbər saytı

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib


4 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Mayın 5-dэn etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
DİM bu gün rezidenturaya qəbul imtahanı keçirib - YENİLƏNİB
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər