Araz çayında sululuq daha çox artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım. Araz çayının yuxarı axımında 61 sm qeydə alınıb.
Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99%, Qanıx-Cəlayirdə 4 sm artıb su sərfi 175 m³/san normanın 88% təşkil edir.
Oxşar xəbərlər
Çaylarda sululuq artıb
Bəzi çaylarda çaylarda sululuq artıb
11 çayda suyun səviyyəsi qalxıb
Kürdə suyun səviyyəsi qalxıb
Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













