“Bakı Marafonu 2025” ilə əlaqədar sabah yollarda hərəkət tam məhdudlaşdırılacaq
Bakı Şəhər DYP İdarəsinin "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Sizinxeber.az-ya Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Bakı Marafonu 2025” ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.
Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə 4 may saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.
Oxşar xəbərlər
"Bakı Marafonu-2025"ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr - Zəfər Günü ilə əlaqədar bir neçə mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP sabah başlayacaq “Formula-1"lə əlaqədar sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












