Ötən ay 85 nəfərin diplomu tanınmayıb
sizinxeber.az xəbər saytı

Ötən ay 85 nəfərin diplomu tanınmayıb


Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Bu barədə APA-ya TKTA-dan məlumat verilib.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 63 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 7 təhsil forması, 3 dövlət nümunəli olmayan diplom, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 2 bakalavr diplomu üzrə imtina verilmə, 2 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və akkreditasiyasız filial, 2 ekvivalenti olmayan ixtisası göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyə Respublikasından 146, Rusiya Federasiyası 133, Ukrayna 64, Gürcüstan 30, Birləşmiş Krallıq 10, Macarıstan 9, İtaliya Respublikası 7, Amerika Birləşmiş Ştatları 6, Litva Respublikası 4, həmçinin Almaniya Federativ Respublikası, Belarus Respublikası, Çin Xalq Respublikası, Koreya Respublikalarının hər birindən 3, Polşa Respublikası 2, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, İrlandiya Respublikası, İsveç Krallığı, Kanada, Rumıniya, Latviya Respublikası, Malayziya, Misir Ərəb Respublikası, Qazaxıstan Respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə 29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.

Oxşar xəbərlər

Ötən ay 69 nəfərin diplomu tanınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə təhsil alan daha 65 nəfərin diplomu tanınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay 754 nəfərin diplomu tanınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay xaricdə təhsil almış 82 nəfərin diplomu tanınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər