Qaradağda məktəbin ətrafında naməlum şəxslə bağlı yayılan görüntü araşdırılıb
sizinxeber.az xəbər saytı

Qaradağda məktəbin ətrafında naməlum şəxslə bağlı yayılan görüntü araşdırılıb


Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Qaradağ RPİ əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.

Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.

"Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar", DİN-dən bildirilib.

Oxşar xəbərlər

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılıb - YENİLƏNİB
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb
Bakıda məktəblərdən uşaqlar qaçırılır? - DİN-dən reaksiya
Polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib
“20 Yanvar” dairəsində yola çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər