Yeganə övladı şəhid olan Balaxanı neftçisinin ailəsində yenidən uşaq səsi gəlir
“Balakahni Operating Company” LTD-nin əməkdaşı İlham Mikayılovun ailəsində 30 ildən sonra yenidən uşaq səsi gəlir.
Sizinxeber.az-nın xəbərinə görə, həyat yoldaşı Nailə Mikayılova ilə birgə onlar beş il əvvəl yeganə övladları Rəşadı Vətən uğrunda qurban verən valideynlərdən idilər.
25 yaşlı Rəşad Mikayılzadə könüllü əsgər kimi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılmışdır. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olmuşdur.
“Oğlum evin tək övladı idi. Çox şən və istiqanlı idi. Özü öz zəhməti ilə çalışıb işləyirdi. Həm ali təhsil almışdır, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə könüllü kimi qatılırdı. Bizə çox çətin olsa da, Nailə ilə həmişə başı uca gəzirdik, çünki hamı bizə “Rəşadın anası, atası” deyirdilər. Bu, bizim üçün böyük qürur idi,” deyərək İlham Mikayılov oğlunu yad edir.
Artıq iki ildir İlham Mikayılov Balaxanı neftçilərinin komandasında çalışır. “Balakhani Operating Company” LTD-nin heyəti onun ikinci ailəsinə çevrilib. O, deyir: “Oğlum şəhidlik zirvəsinə ucalandan sonra evdə səs küyün olmaması bizə çox pis təsir edirdi. İkinci övlad barədə düşünürdük, amma tərəddüd edirdik. İşdə mənə bununla bağlı, şirkətin prezidenti Rövşən Rzayev başda olmaqla mənəvi dayaq durdular, həm də maddi dəstək göstərdilər. Və bizim, Allaha çox şükr, yenidən övladımız dünyaya gəldi. ”
Bir yaşını qeyd edən balaca Ayla qardaşının əziz xatirəsini həm də soyadında daşıyır- Ayla Rəşadlı. Dünyaya gəldikdən sonra valideynləri ilə ziyarət etdiyi ilk yer Şəhidlər Xiyabanında qəhrəmanın məzarı idi. Onu görməsə də, Ayla hər səhər anası ilə evdə Rəşadın Vətən uğrunda döyüşlərdə qazandığı medalları, fəxrnamələri, diplomları və şəkilləri ilə bəzədilən güşəyə yaxınlaşıb öz körpə qığıltısı ilə onunla danışır.
“Qızım olmazdan öncə gecələr gözümə yuxu getmirdi. İndi isə işdən evə tələsirəm ki, məni evdə Ayla gözləyir. O, evimizə bir işıq kimi doğdu, yaşamağımıza yeni səbəb verdi. 30 ildən sonra evimizdə yenidən uşaq səsi gəlir”, deyir İlham Mikayılov.
Aylanın bir yaşını təbrik etmək üçün “Balakhani Operating Company LTD”-nin heyəti də gəlmişdir. Mikayılovlar ailəsinin üzvləri artıq üç nəfər deyil, İlhamla bərabər çalışan yüzlərlə Balaxanı neftçiləridir. Qəhrəman Rəşad Mikayılzadənin bacısı Ayla Rəşadlının indi çox böyük ailəsi var.
Oxşar xəbərlər
Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun büstü və xatirə muzeyi açılıb
Prezident İlham Əliyev Zəfər parkında olub - YENİLƏNİB
Suqovuşan sakini: Atamın şəhid olduğu torpağa köçdüyümə görə çox xoşbəxtəm
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
