Aİ XİN rəhbərləri İsrail vətəndaşları və HAMAS liderlərinə sanksiyaları təsdiqləyib
sizinxeber.az xəbər saytı

Aİ XİN rəhbərləri İsrail vətəndaşları və HAMAS liderlərinə sanksiyaları təsdiqləyib


Avropa İttifaqının xarici işlər nazirləri İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətini dəstəkləməkdə ittiham olunan israillilərə və təşkilatlara qarşı yeni sanksiyalar paketi barədə razılığa gəliblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas bildirib.

Eyni zamanda, Aİ XİN rəhbərləri HAMAS liderlərinə qarşı yeni sanksiyaları təsdiqləyiblər.

İsrailin xarici işlər naziri Gideon Saar Aİ-nin İsrail vətəndaşları və təşkilatlarına qarşı sanksiyalar tətbiq etməsi qərarını sərt tənqid edib.

Nazir Aİ-ni İsrail vətəndaşları ilə HAMAS silahlıları arasında müqayisə aparmaqda ittiham edib.

“Daha da hiddətləndirici olan budur ki, Aİ İsrail vətəndaşları ilə HAMAS döyüşçüləri arasında qəbuledilməz müqayisə aparıb. Bu, mənəvi baxımdan tamamilə təhrif olunmuş müqayisədir”, – İsrail XİN rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

İsrail HAMAS-ın daha bir komandirini zərərsizləşdirib
İsrail SEPAH-ın Qüds Qüvvələrinin 18 neft tankerinə sanksiyalar tətbiq edib
HAMAS İsrailə 5 raket atıb, 2 nəfər yaralanıb
Macarıstan İsrailə qarşı sanksiyaları dəstəkləməyəcək
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər