Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ev-muzeyində olublar
Aprelin 25-də Azərbaycan Respublikası Prokurorluğunun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə İçərişəhərdə yerləşən və yazıçının uzun illər yaşadığı evdə – “Ədibin Evi” mədəniyyət ocağında olublar.
Baş Prokurorluqdan Sizinxeber.az-ya verilıən mçəlumata görə, ziyarət çərçivəsində iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.
Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, yazıçının 1929–1941-ci illərdə yaşadığı bu ev 2017-ci ildən etibarən “Ədibin Evi” adı ilə fəaliyyət göstərərək mədəniyyət məkanı kimi ictimaiyyətin istifadəsinə verilib.
Həmin illərdə müəllifin bir çox fundamental əsərləri məhz bu evdə qələmə alınıb.
Ekskursiya zamanı prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ədəbi irsinin nadir nümunələri, həmçinin onun zəngin yaradıcılıq dünyasını əks etdirən eksponatlarla tanış olublar. Yazıçının şəxsi əşyaları, arxiv materialları, eləcə də onun haqqında nəşr olunmuş tədqiqat əsərləri nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkilib.
Oxşar xəbərlər
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müəllimlər üçün esse müsabiqəsinə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sona ananın xalçası” məktəblilərin gözü ilə canlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ədibin Evi”ndə məktəblilərlə "Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












