RSXM: Türkiyədə güclü zəlzələdən sonra afterşoklar davam edir
Qardaş Türkiyə Respublikasında Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin Tədqiqatı bürosundan bildirilib.
Məlumatda qeyd olunur ki, hazırda Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.
Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var.
Afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir.
Oxşar xəbərlər
Zəlzələlərin Tədqiqatı bürosu: Türkiyədə afterşokların bir müddət davam edəcəyi ehtimal olunur
Gəncədə zəlzələ olub
Xəzərdə gün ərzində ikinci dəfə zəlzələ baş verib - YENİLƏNİB
Cəlilabadda zəlzələ qeydə alınıb
Kəlbəcərdə zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










