Bakıda 26 dərəcə isti qeydə alınıb
Aprelin 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 23-ü saat 9:00-a olan məlumatına əsasən axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Belə ki, düşən yağıntının miqdarı Sədərəkdə 10, Şərurda 9, Naxçıvan, Şahbuz, Lerik, Tovuz, Balakən, Kəlbəcər, Culfa, Laçın, Füzuli, Zəngilan, Ordubad, Yardımlı, Cəlilabad və Yevlaxda 6 mm-dək təşkil edib.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Daşkəsəndə 20 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













