Səfərbərlik Xidmətinin təltif olunan hərbçilərinə medallar təqdim edilib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib.
Dövlət Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonra təltif edilən hərbi qulluqçulara medallarını təntənəli şəkildə təqdim edərək onları bir daha təbrik edib və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, adları qeyd olunan hərbi qulluqçular xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə medala layiq görülüblər.
Oxşar xəbərlər
SHXÇDX-nın bir qrup hərbi qulluqçusu təltif edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub - SƏRƏNCAM
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif olunub
Səfərbərlik Xidməti təşkilat üzvlərini təltif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
