İşə bərpa olunma tələbi ilə məhkəməyə müraciət edən baxça müdirinin iddiası təmin edilməyib
Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Abbasova Kəmalə Vaqif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib
Xatırladaq ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb. Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Xankəndidə körpələr evi-uşaq baxçası yaxın günlərdə fəaliyyətə başlayacaq - FOTO
Nazir müavini İdris İsayev Hacıqabulda olub
Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub
Nazir müavini Hacıqabul məktəblərində yaradılmış şəraitlə tanış olub - FOTO
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













