Özbəkistan nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və əldə edilmiş təcrübə ilə yerində tanış olmaq, qurumlararası əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədilə Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Özbəkistan Respublikası Prezident Administrasiyasının baş müşaviri Suxrob Axmedov rəhbərlik edib.
Səfər çərçivəsində Azərbaycan fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev Özbəkistan nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı nazir müavini ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər, Azərbaycan FHN-in strukturu və fəaliyyəti barədə qonaqlara geniş məlumat verib, səfər çərçivəsində uğurlu təcrübə mübadiləsinin aparılacağına əminliyini bildirib.
Özbəkistan Respublikası Prezident Administrasiyasının baş müşaviri Suxrob Axmedov səmimi görüşə görə təşəkkür edərək, qarşılıqlı səfərlərin və aparılan müzakirələrin əhəmiyyətini qeyd edib, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturlarının qazandığı təcrübənin yerində öyrənilməsinin faydalı olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar FHN-in Aparatının struktur bölmələri və qurumlarının fəaliyyəti ilə yerində tanış olublar.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












