Dövlət Komitəsi: Alatavada söküntü işləri müvafiq icazə olmadan aparılıb
sizinxeber.az xəbər saytı

Dövlət Komitəsi: Alatavada söküntü işləri müvafiq icazə olmadan aparılıb


Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.

Qeyd edək ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Oxşar xəbərlər

Bakıda memarlıq abidəsinə müdaxilə edilib, söküntü işləri dayandırılıb
Bakının Alatava qəsəbəsində qanunsuz aparılan söküntü işləri dayandırılıb
Fəvvarələr meydanı yaxınlığında qanunsuz tikilinin qarşısı alınıb
"Fəvvarələr" meydanında qanunsuz tikintinin qarşısı alınıb
Dövlət Komitəsi: Yeni Günəşlidə torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər