Fəvvarələr meydanı yaxınlığında qanunsuz tikilinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Fəvvarələr meydanı yaxınlığında qanunsuz tikilinin qarşısı alınıb


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) növbəti dəfə ictimai sahənin qanunsuz zəbt edilməsi faktı aşkar edilib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Komitədən bildirilib.

Məlumata görə, eyni ünvanda ötən ilin mart ayında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub. Bundan əvvəl Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınmış, söküntü işləri aparılmış və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir.

Lakin Baş İdarə tərəfindən dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılmış və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb.

Hazırda ərazidə aparılan işlər tərəfimizdən dayandırılıb.

Oxşar xəbərlər

"Fəvvarələr" meydanında qanunsuz tikintinin qarşısı alınıb
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib
Bakıda memarlıq abidəsinə müdaxilə edilib, söküntü işləri dayandırılıb
Dövlət Komitəsi: Yeni Günəşlidə torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb
Bakıda piyada səkisinin parklanma üçün qanunsuz zəbt edilməsi faktı aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər