Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğdan məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilən şəxs Rusiyada saxlanılaraq Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib
Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bakubus”ın bütün avtobuslarında bank kartı ilə ödəniş mümkündür
-
Bakının bu addımını alqışlayırıq - Zaxarova
-
Təltif olunanlar arasında Fred Asifin oğlu da var
-
Metronun "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?
-
Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun BİRGƏ RƏYİ - AZAL təyyarəsi VURULUB












