“Azəriqaz”: Peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq
Yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov deyib.
Azər Məmmədov bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin səmərəliliyini artırmaq və bu sahədə yeni strategiyalar qurmaq da prioritetlər sırasındadır: “Orta müddətli strategiyanın əsas komponentlərindən biri enerji səmərəliliyi ilə bağlıdır. “Azəriqaz” inhisarçı qurumdur, buna görə də fəaliyyətimiz Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır. Qazın alışı və satışı, habelə göstərdiyimiz xidmətlərin standartları bu tənzimləmələrə daxildir. Bu kontekstdə, strategiyamız üç əsas komponentdən - tənzimlənən qanunvericilik, səmərəli şəbəkə aktivləri və gələcək şəbəkə arxitekturasının qurulmasından ibarətdir. Əlavə olaraq, şəbəkəmizin 65 il əvvəl qurulduğunu nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu, həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq. Ayrıca, rəqəmsallaşma və məlumatların düzgün idarə edilməsi istiqamətində ciddi addımlar atılacaq”.
Oxşar xəbərlər
“Azəriqaz”ın Baş direktoru: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz" texniki müayinələrə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












