Paytaxtın bəzi yollarında qəzalar baş verib, nəqliyyat sıxlığı yaranıb
Paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Hansı yollarda sıxlıq var?
1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, "Milli Gimnastika Arenası"nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, "Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
5. Yasamal rayonu, Tbilisi prospekti, körpü, “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.
Oxşar xəbərlər
Bakıda sıxlıq olan yollar açıqlanıb- SİYAHI - FOTO
Bakıda yolların sürüşkən olması səbəbindən qəzalar baş verib - FOTOLENT
Metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb - FOTO
Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb
Bakıda yol qəzası olub, sıxlıq yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












