Naxçıvan-Bakı-Naxçıvan avtobus reysləri bərpa ediləcək
Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə avtobus reysləri bərpa ediləcək.
Bu barədə Sizinxeber.az-ya Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyindən (NANA) məlumat verilib.
Məlumata əsasən, yollarda yaranmış kəskin buzlu və qarlı şəraitlə əlaqədar fevralın 25-dən etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə, səhər reysləri bərpa ediləcək.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılıb. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib - YENİLƏNİB
AZAL: Çoxlu sayda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
Duman səbəbindən Naxçıvan-Bakı aviareysində yubanma var
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
