FHN-in Şimal Regional Mərkəzi təlim keçirib
sizinxeber.az xəbər saytı

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib


Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Liftdə köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” mövzusunda təlim keçirib.

Bu barədə APA-ya FHN-in Mətbuiat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd hündürmərtəbəli yaşayış binalarında liftdə qalmış zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə əməliyyatı zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə liftdəki “zərərçəkmişləri” xilas ediblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib
Alpinist ləvazimatlarından istifadə etməklə xilasetmə mövzusunda təlim keçirilib
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
"Azərsun" Sənaye Parkında təlim keçirilib
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle