Deputat heyvan qidalarının vergidən azad olunmasını təklif edib
sizinxeber.az xəbər saytı

Deputat heyvan qidalarının vergidən azad olunmasını təklif edib


Məişət tullantılarının çeşidlənməsi ilə bağlı problemi dəfələrlə qaldırmışam.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ən azından sahibkarlar məişət tullantılarının çeşidlənməsinə başlamalıdır: “Artıq cəmiyyət məişət tullantılarının yenidən emala getməsinə hazır olmalıdır. Biz yaşıl enerjiyə keçid mərhələsindəyik.

Fatma Yıldırım heyvan haqları ilə bağlı cəmiyyətdə narahatlığa diqqət çəkib: “Sahibsiz heyvanlara qida almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, digər vergilərdən azad edilsin. Bu, şərait yaradacaq ki, sahibsiz heyvanları sahiblənməsələr də, heyvansevərlər onlara qida alıb verə bilsinlər”.

Oxşar xəbərlər

Deputat: Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur
Deputat: Azərbaycan enerji tranzitlərinin formatını müəyyənləşdirməyə nail olub
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Azərbaycanda ilk dəfə COP29 tədbirində qida tullantıları yenidən emal olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər