Dövlət Xidməti: Binaların giriş-çıxışında quraşdırılan süni maneələr aradan qaldırılır
Dövlət Yanğından Mühafizə Xidməti yaşayış masaivlərində yanğınsöndürmə əməliyyat şəraitinin stabilliyinin qorunması, o cümlədən yaxşılaşdırıması iatiqamətində təkrar monitoriq həyata keçirir.
APA xəbər verir ki, bunu FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, aparılan monitorinqlər zamanı binaların giriş və çıxışında quraşdırılan süni maneələr aradan qaldırılıb:
“Yaşayış binalarının və yanğınsöndürmə maşınlarının su hovuzlarəna gedən yolların qarşısındakı maneələri aradan qaldırmaq yanğının söndürülməsi üçün zəruri olan zamanın təminatına yönəlmiş tədbirdir. Həmin maneələr yanğınsöndürmə əməliyyatına gedən maşınların hadisə yerinə çatmasını gecikdirir, yanğının miqyası böyüyür. Həmçinin bu gecikmə insan təlafatına, xəsarət almaya və maddi ziyanın artmasına səbəb olur. Bu maneələr aşkar olunduqda müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılır və ərazidə əməliyyat şəraitinin sabitliyi təmin edilir”.
Rəsi müavini əlavə edib ki, şlaqbaumların quraşdırılması qanunla tənzimlənir: “Nazirlərin Kabibeti xüsusi tikinti normaları qəbul edilib. Qərara əsasən, mühafizə olunan və həyat təminatına xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi avtomatik çəpərlənmə ilə qoruna bilər. Çəpərlənən yerin idarəetmə pultu nəzarət buraxılış məntəqəsində olmalıdır, kənar şəxslərin həmin pultdan istifadəsi qadağan olunmalıdır. Yaşayış məntəqələrinin müvafiq siyahıda olmaması yanğın təhlükəsizliyi qaydalarına ziddir. Vətəndaş özünü mühafizə edilmiş saysa da, o, böyük yanğın təhlükəsini formalaşdırır”.
Oxşar xəbərlər
FHN rəsmisi: Yaşayış yerlərindəki süni maneələr yanğınsöndürənlərin hadisə yerinə çatmasını gecikdirir
Tovuz şərab zavodu yanır
Bakıda yanğınsöndürənlərin hərəkətini məhdudlaşdıran maneələr sökülüb- FOTO
Şəmkirdə ev yanib - FOTO
FHN Bakı metrosunda təlim keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
