Nazirlik: Meymunçiçəyinə yoluxanlar üçün antibiotik istifadəsi zərərlidir
Meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
O qeyd edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər.
Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir.
“Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir”, - o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil
ABŞ-də meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
