Sumqayıtda 20 Yanvarla əlaqədar anım mərasimi keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Sumqayıtda 20 Yanvarla əlaqədar anım mərasimi keçirilib - FOTO


Sumqayıtda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Sumqayıt İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar şəhər ictimaiyyəti Şəhidlər xiyabanını ziyarət edib.

Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və Azərbaycan şəhidlərinin ruhu yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini və şəhidlərin məzarlarını ziyarət ediblər.

Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olub, şəhidlərin məzarlarını ziyarət ediblər.

1990-cı ilin yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.

Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən Bakıya qayıdan zaman onların olduğu avtomobilini əzərək üstündən keçmişdir. Hadisə nəticəsində hər üç alimimiz amansızcasına qətlə yetirilib.

Oxşar xəbərlər

Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
Gəncədə Anım Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər