DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
sizinxeber.az xəbər saytı

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib


Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Sizinxeber.az-ya Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Oxşar xəbərlər

FHN əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edib
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
FHN-in bir qrup hərbi qulluqçusu Bakıda İkinci Şəhidlər xiyabanını ziyarət edib
DTX əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər