Bəzi rayonlarında arabir yağıntı olub, güclü külək əsib  - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi rayonlarında arabir yağıntı olub, güclü külək əsib - FAKTİKİ HAVA


Yanvarın 15-i saat 11:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 15-i saat 11.30-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Yanvarın 14-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.

Oxşar xəbərlər

Dağlıq ərazilərə qar yağıb, Bakı və Abşeronda külək güclənib - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda və Abşeronda yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Faktiki hava açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Havanın maksimal temperaturu 35 dərəcə olub - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle