Koordinasiya Mərkəzi Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Koordinasiya Mərkəzi Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib


Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib: “16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.

Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib.

Oxşar xəbərlər

SN: 600-ə yaxın şəxs donor gözləyir
Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb
Bu ilin altı ayında aparılan transplantasiya əməliyyatlarının sayı açıqlanıb
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
Aktyor Azər Baxşəliyev vəfat edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle