Sabah Bakıda hava küləkli olacaq, bəzi rayonlarda şaxta gözlənilir - PROQNOZ
Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.
Oxşar xəbərlər
Noyabrın ilk gününün HAVA PROQNOZU
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Sabah arabir yağış yağacaq, külək əsəcək
Sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
-
ABŞ Avropadakı hərbi birləşmələrinin sayını azaldıb
