DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirib
Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 16-da taksi sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1542 namizəd qeydiyyatdan keçib. Onlardan 1451 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1268 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-18 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.
Oxşar xəbərlər
Sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib
Taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib
Bu gün taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












