Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2024-cü il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 775 namizəd qeydiyyatdan keçib. Onlardan 754 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 662 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 5 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Oxşar xəbərlər

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib
Taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib
Sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib
Dövlət qulluğuna qəbul imtahanları keçirilib
DİM: Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər