Nazir: Gələn ildən diaqnostik qiymətləndirmələrdə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik
sizinxeber.az xəbər saytı

Nazir: Gələn ildən diaqnostik qiymətləndirmələrdə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik


"2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmələrdə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik".

Sizinxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Biz diaqnostik qiymətləndirmələrdə müəllimin fənn biliklərini dəyərləndiririk. Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metod kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq", - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
Nazir: Bağça müəllimlərinin diaqnostik qiymətləndirməsinin ilkin nəticələri göstərir ki, görülməli işlər çoxdur
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilir - FOTOLENT
“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi qeyd olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər