Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilir - FOTOLENT
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilir
Bu gün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllimin iştirak edir.
Qeyd edək ki, bu gün ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın tərbiyyəçi- müəllimin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
Oxşar xəbərlər
Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək
Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə başlanılır
Bağçalarda diaqnostik qiymətləndirilmə prosesi başlayıb
Bağça müəllimlərin diaqnostik qiymətləndirilməsi üzrə meyarlar açıqlanıb
Bağçalarda pedaqoji heyət üçün sınaq qiymətləndirilmə keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













