Lerikdə yolun bağlanmasına səbəb olan qaya parçası ərazidən götürülüb - FOTO
sizinxeber.az xəbər saytı

Lerikdə yolun bağlanmasına səbəb olan qaya parçası ərazidən götürülüb - FOTO


Lerikdə yolun bağlanmasına səbəb olan iri qaya parçası ərazidən götürülüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçasının yola düşməsi nəticəsində Lerik-Piran-Veri-Dico yolu bir neçə gün bağlı qalıb.

Tikaband kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov Sizinxeber.az-ya bildirib ki, iki gündür ərazidə görülən tədbirlərdən sonra iri qaya parçası ərazidən götürülüb.

Qeyd edək ki, sakinlər bu müddət ərzində Tikaband-Hücü-Dico yolundan istifadə edib.

Oxşar xəbərlər

Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb
Lerikdə avtomobil dağa çırpılıb, üç nəfər xəsarət alıb - FOTO
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb
Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər