UNEC proqramları FIBAA akkreditasiyasından keçib - FOTO
"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb".
Bu barədə Sizinxeber.az-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumatda deyilib.
"Xüsusilə sevindiricidir ki, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib. FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə 1900-dən çox təhsil proqramlarını akkreditasiya edib", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək
UNEC tələbələri Bloomberg Qlobal Ticarət Yarışında regionda 2-ci, dünyada 32-ci olublar
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













