Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb
sizinxeber.az xəbər saytı

Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb


Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır.

APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin sənəd qəbulu noyabrın 23-dən dekabrın 14-dək həyata keçiriləcək.

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Elan

Oxşar xəbərlər

Eksternat imtahanlarının nəticələri açıqlanıb
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
Kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayıb
Bu gün Azərbaycanda ilk dərs günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər