Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
Noyabrın 16-da COP29 çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov C4C təşəbbüsü haqqında məlumat verib. Qeyd olunub ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. Hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyə çalışır.
Fərid Cəfərov həmçinin gəncləri C4C təşəbbüsündə fəal rol almağa çağırıb. Bildirilib ki, iqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri təşviq etmək üçün mədəniyyətin potensialından yararlanmaq imkanımız var.
Digər çıxış edənlər C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb, onun konkret hədəfə yönəldiyini diqqətə çatdırıb, dəstəklərini bildiriblər.
Mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətinə görə ölkəmizə təşəkkür ifadə olunub.
Daha sonra təqdimat iştirakçıları C4C təşəbbüsü ilə bağlı məlumatları özündə əks etdirən videoçarxı izləyiblər.
"Newman Partnership" təşkilatının təsisçisi, tanınmış təlimçi Martin Nyuman "İqlim üçün mədəniyyət" təşəbbüsünün məqsədləri haqqında danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Oxşar xəbərlər
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNESCO Baş Qərargahında COP29 çərçivəsində Azərbaycanda keçiriləcək mədəniyyət tədbirlərinin təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












