Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri azad edilmiş ərazilərə səfər edib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə itkin ailələri (40 nəfərdən ibarət heyət) öncə Ağdam şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra heyət Xocalı rayonuna gələrək müharibə illərində itkin düşmüş, lakin sonradan nəşləri tapılaraq Xocalı ərazisində dəfn edilmiş şəhidlərin məzarını ziyarət edib.
Daha sonra itkin ailələri Xankəndi şəhərində olub. Onlar Zəfər meydanında itkin düşmüş doğmaları barədə mediaya məlumat verib, onların taleyi barədə məlumatların açıqlanması üçün beynəlxalq təşkilatlara müraciət ediblər.
Heyət daha sonra Şuşa şəhərini ziyarət edib.
Oxşar xəbərlər
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə beynəlxalq təşkilatlara çağırış ediblər
Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub
Kamran Əliyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












