İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil olunub.
“Sizinxeber.az”un əraziyə ezam olunan əməkdaşının məlumatına görə, “Qarabağ itkin ailələri” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən səfərdə ölkənin müxtəlif rayonlarından olan ailələrin üzvləri iştirak edib.
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri səfər çərçivəsində ilk olaraq Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Səfər iştirakçılarına işğal altında olduğu müddət ərzində şəhər qəbiristanlığının ermənilər tərəfindən tamamilə dağıdıldığı barədə məlumat verilib. Qeyd edilib ki, ermənilər məzarlardakı sümük qalıqlarını belə çıxararaq məhv ediblər. Ağdamın işğaldan azad olunmasından sonra isə 1990-cı illərin əvvəllərində çəkilən foto və videolara istinadla qəbirlərin yeri müəyyənləşdirilib, boş məzarlar bərpa edilib.
Səfərin davamında itkin düşmüş şəxslərin ailə üzvləri Xocalı şəhərində olublar. Xocalıda itkin düşmüş hesab edilən və qalıqları 30 ildən sonra kütləvi məzarlıqlarda tapılaraq kimliyi müəyyən edilən şəxslərin dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət edilib. Hələ də öz doğmalarının axtarışında olan ziyarətçilər Xocalı Şəhidlər Xiyabanında uyuyanları hörmətlə anaraq onların ruhuna dualar ediblər. Şəhidlər Xiyabanını ziyarət edən səfər iştirakçıları erməni xislətinin sərhəd tanımadığına bir daha əmin olaraq gördükləri mənzərədən dərin təəssüf hissi keçirdiklərini bildiriblər.
Daha sonra Xankəndinə yollanan ziyarətçilər orada yaradılan şərait və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar, xatirə şəkilləri çəkdiriblər. Səfərin davamında Şuşa şəhərinə gələn qonaqlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlar itkin düşmüş hesab olunan doğmalarının tapılması məqsədilə dünya ictimaiyyətinə üz tutaraq beynəlxalq birliyi Qarabağdakı kütləvi məzarlıqların yerləri haqqında məlumatları təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.
Oxşar xəbərlər
Xocalıda itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komissiyası: İtkin düşmüş şəxslərin ailələrindən DNT nümunələri toplanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovanın sabiq Baş naziri: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşməsinə yüksək dəstək verilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












