

Məhkəmə “Səhiyyə TV”-ni cərimələyib
Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" MMC-nin "Səhiyyə TV" kanalının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması faktları aşkarlanıb.
Bu barədə Sizinxeber.az-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iyunun 7-də saat 20.00-da və 8 iyunda saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.
Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 8 iyunda inzibati xətalar haqqında 2 protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib. 27 iyunda Nəsimi Rayon Məhkəməsində işlərə baxılıb və məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16 000 manat məbləğində cərimə edilib.
Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb və həmin qərarlar qanuni qüvvəyə minib.
Oxşar xəbərlər
“Səhiyyə TV” 16 min manat cərimələnib
“Səhiyyə TV” 16 min manat cərimələnib
Məhkəmə İTV-ni 3 min manat cərimələyib
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib
Audiovizual Şura pozuntular aşkarladı: Televiziya kanallarına xəbərdarlıq edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
