Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
sizinxeber.az xəbər saytı

Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib


Laçın rayonuna və Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Laçın rayonunda aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlara dair planları ilə maraqlanıblar.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası, dönərxana və broyler inkubatoru xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 131-ə çatıb.

Oxşar xəbərlər

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər