"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə növbəti iclası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupun ötən illərdə kifayət qədər uğurlu fəaliyyət göstərdiyini, 2024-cü il üzrə əsas hədəfləri əhatə edən Yol Xəritəsinin əksər tədbirlərinin artıq icra olunub yekunlaşdığını, bu işlər çərçivəsində əldə edilmiş nailiyyətlərin müvafiq sahədə biznes mühitinə əhəmiyyətli müsbət təsir edəcəyini və özəl sektorun məmnunluğunun artmasına xidmət edəcəyini bildirib.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, İşçi qrupun rəhbəri Toğrul Hüseynov İşçi qrupun fəaliyyəti nəticəsində əldə edilmiş əsas nailiyyətləri səsləndirib.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
Oxşar xəbərlər
"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun sahibkarlarla görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni priorietlər müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












