Azərbaycan və Rusiya hərbi prokurorluqlarının əməkdaşlığına dair memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya hərbi prokurorluqlarının əməkdaşlığına dair memorandum imzalanıb


Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan Sizinxeber.az-ya verilən məlumata görə, Primorsk diyarının prokuroluğunda hər iki dövlətin baş prokurorları arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.

Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.

Nümayəndə heyətinin səfəri davam edir.

Oxşar xəbərlər

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qırğız Respublikası Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər