Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB-4
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
APA xəbər verir ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.
Araşdırmaların nəticələri barədə məlumat veriləcək.
***
20:10
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.
APA-nın yerli bürosunun məlumatına görə, xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur.
***
19:45
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə iştirak edən 80-nə yaxın insan xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
19:07
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Məlumata görə, bu say daha da arta bilər.
***
18:33
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda keçirilən yas mərasimlərin birində baş verib.
Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.
Oxşar xəbərlər
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - FOTO - YENİLƏNİB 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 80 nəfərə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 49 yaşlı kişi bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 49 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 75 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












