Dövlət Agentliyi: Sosial şəbəkə platformalarında özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil
Sosial şəbəkə səhifələrində Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Sadıqov Hüseyn Əlağa oğluna dair paylaşılan video ilə bağlı ilk növbədə bildiririk ki, həmin şəxs müharibə iştirakçısı deyil.
Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.
O bildirib ki, həmin şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd etdikləri də yanlışdır.
Belə ki, Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub.
Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb.
Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir.
Oxşar xəbərlər
Dövlət Agentliyi: Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












