Sosial şəbəkədə övladını satmaq istəyən ananın valideyn kimi himayədən məhrum edilməsi üçün vəsatət qaldırılıb - YENİLƏNİB
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.
Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.
***
18:05
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirlərin dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
"Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Sosial şəbəkədə anası tərəfindən satılan azyaşlının valideyninin himayədən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda öz övladını sosial şəbəkədə satışa çıxaran ananın azyaşlı uşağı əlindən alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial şəbəkə hesabında öz övladını satmaq istəyən ananın azyaşlı uşağı əlindən alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












