Azərbaycanda bəzi cərimələr ləğv olunacaq
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".
Sizinxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya" Qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var. Yəni əməl cinayət, ya inzibati xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır", - deyə o bildirib
Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar aqrar fəaliyyətinə mane olduqda icazə veriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu məsələ ilə bağlı danışarkən bu məsələyə toxunmuş və "qanun qəbul olunduqdan sonra əvvəlki cərimələrin ləğvi nəzərdə tutulacaqmı" sualını ünvanlamışdı.
Oxşar xəbərlər
Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Filippində 6 bal gücündə zəlzələ olub
Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
