FHN-in Gəncə Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqini təşkil edib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşqdə heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xırdalanda mülki müdafiə məşqi keçirilib
Novxanıda hoteldə mülki müdafiə məşqi keçirilib
Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Goranboyda mülki müdafiə məşqi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












