FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Qafqaz Konserv Zavodu” MMC Lənkəran Konserv Fabrikində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məşqdə FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları, “Qafqaz Konserv Zavodu” MMC Lənkəran Konserv Fabrikinin mülki müdafiə qərərgahının, fövqəladə hallar komissiyasının üzvləri və mülki müdafiə dəstələri iştirak ediblər.
Məşqin keçirilməsində əsas məqsəd müəssisənin mülki müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, “fövqəladə hadisə” ilə mübarizə tədbirləri reallaşdırılıb.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Goranboyda mülki müdafiə məşqi keçirilib
FHN Lənkəranda mülki müdafiə məşqi keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
