Sel Quba-Xudat yolunda hərəkəti çətinləşdirib
sizinxeber.az xəbər saytı

Sel Quba-Xudat yolunda hərəkəti çətinləşdirib


Şimal bölgəsində müşahidə olunan qeyri-sabit, yağıntılı hava çaylara sel gəlməsinə səbəb olub.

APA xəbər verir ki, Qusarçaya gələn sel Quba-Xudat yolunda təmirə bağlanan körpünün ətrafındakı alternativ yolu yuyub. Çayda su çox olduğundan nəqliyyat vasitələrinin həmin ərazidən hərəkəti mümkünsüz olub. Hazırda avtomobillər ətraf kəndlərin ərazisindən keçməklə hərəkət edirlər.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov APA-ya bildirib ki, hazırda çayda su çox olduğundan körpünün və alternativ yolun bərpası mümkün deyil. Su azaldıqdan sonra alternativ yol bərpa ediləcək.

Oxşar xəbərlər

Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Bakıda 5 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
Bakıda 7 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər